Ermənistanda polislə etirazçılar arasında toqquşma olub, saxlanılanlar var


17:51     28 Yanvar 2021 21_01_28_1611841961.jpg

Ermənistanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub.

Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, etirazçılar hökumət binasına girməyə cəhd ediblər.

Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər.

Polis qüvvələri bu cəhdin qarşısını alıb. Saxlanılanların olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 478