DİN məlumat yaydı
19:26 28 Yanvar 2021

2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər.
Bildiririk ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır.
Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur.
Oxunub: 610
Oxşar xəbərlər
- DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirib
- DİN sosial çarx hazırlayıb - VİDEO
- DİN-dən 30-dan çox polisin işdən çıxarılması məlumatına - Münasibət
- DİN-dən Sumqayıtda vətəndaşın polis idarəsində döyülməsi ilə bağlı iddialara CAVAB
- DİN xidmətə qəbulla bağlı müsabiqə elan edib
- DİN əməliyyat keçirdi - 10 kq narkotik götürüldü
- DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirdi, saxlanılanlar var
- DİN 4 rayonda əməliyyat keçirib, qanunsuz silah-sursat götürülüb
- DİN-in xüsusi təyinatlı zabiti hərbi hissədə özünü öldürdü
- DİN: Ötən il balıq ovuna görə 102 fakt üzrə cinayət işi başlanıb