AZAL Bakı-Dubay-Bakı aviareysini həyata keçirməyə başlayır
20:00 28 Yanvar 2021
Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.
Femida.az AZAL-a istinadən xəbər verir ki, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.
Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.
Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai;
- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics
Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.
Hər iki istiqamətdə uçan sərnişinlər üçün:
- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;
- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq: https://youtu.be/-s-0s4o1L2M
Oxunub: 633
Oxşar xəbərlər
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb
- AZAL Rumıniyaya təyyarə göndərib
- AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- AZAL Almatıya reyslərini ləğv edir
- AZAL Moskvanın daha bir beynəlxalq hava limanına uçuşlar yerinə yetirəcək
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq