Tərtərdə kişini güllələyən şəxslərin məhkəməsi başlayır


09:46     29 Yanvar 2021 1398947325_mehkeme.jpg

Tərtərdə adam güllələməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 9-da Tərtər rayonunda baş verib.

Rayon sakini Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib.

Məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub. Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib.

Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülüb.

Onunla birgə Sərvər Hüseynova da ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 630