Məleykə Abbaszadə: "9-cu siinf şagirdlərinin imtahanlarında qapalı suallar olacaq"


11:35     29 Yanvar 2021 meleyke%20esedov.jpg

“Biz imtahan nəticələrinin təhlilini aparırıq. 2020-ci ilin nəticələri ilə 2019-cu ilin nəticələrində elə də fərq yoxdur. 2020-ci ildə də proqramlarda dəyişikliklər var idi”.

Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər bir abituriyent proqramlarla tanış olmalıdır: “Biz Təhsil Nazirliyi ilə keçən ilin imtahan nətciələri əsasında müxtəlif müzakirələr aparmışıq. Çətin mövzuların, sualların azaldılması ilə bağlı müzakirələrimiz olub. Adətən 9-cu sinif imtahanlarında açıq suallar olurdu. 9-cu siinf şagirdlərinin imtahanlarında ola bilsin ki, qapalı suallar olsun”.

Femida.az

Açar sözlər:

Oxunub: 817