BNA məktəblərin açılması ilə bağlı sürücülərə müraciət edib
14:18 29 Yanvar 2021
Xüsusi karantin rejimi çərçivəsində 1 fevral 2021-ci il tarixindən orta məktəblərdə ibtidai siniflər üçün tədrisin əyani formada təşkilinin başlayacağını, həmçinin bəzi xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunacağını nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir.
Bu barədə Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
"Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi ilə əhəmiyyət kəsb edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar.
Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Məlumat üçün bildiririk ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür", - məlumatda bildirilir.
Oxunub: 690
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi