Əsirlərə qarşı işgəncələrlə bağlı 8 hesabat hazırlanıb


19:43     29 Yanvar 2021 2021/01/16119-1611932161_1611935039.jpg


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a bildirilib ki, görüşdə Səbinə Əliyeva Ombudsman institutunun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, rəhbərlik etdiyi qurumun ölkə Konstitusiyasına, milli qanunvericiliyə, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği, bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Paşinyan ombudsmanı istefaya göndərmək istəyirOmbudsman pandemiya dövründə əhalinin həssas qrupları, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət ünvanladığını qeyd edib. S.Əliyeva fəaliyyəti dövründə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

Müvəkkil 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərini hədəf alan raket hücumları nəticəsində dağıdılan ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini, əldə olunan dəlil və sübutlar əsasında xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib. Müharibə dövründə insan hüquqları pozuntuları ilə bağlı bu günədək 7 xüsusi hesabat hazırlandığını qeyd edən S.Əliyeva bu müddətdə Ermənistan tərəfindən əsir götürülən hərbçilərimizin, həmçinin 2014-ci ildən Ermənistanın girovluqda saxladığı soydaşlarımızın azad olunmalarından sonra işgəncə və pis rəftar hallarını araşdırmaq məqsədilə onlarla görüşdüyünü, əldə etdiyi məlumatlar əsasında 8-ci hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib.

Səfir V.Maniq öz növbəsində səmimi qəbula və təsisatın fəaliyyəti, görülən işlər ilə bağlı müfəssəl məlumata görə müvəkkilə təşəkkürünü bildirib. İnsan hüquqlarının səmərəli müdafiəsi, qanunun aliliyinin təbliği sahəsində Ombudsman təsisatı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən səfir bu qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək bununla bağlı dəstəyini ifadə edib.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 5101


Oxşar xəbərlər