Rusiyalı polkovnik Bakı və İrəvana qaytarılan əsirlərin sayını açıqladı


09:58     30 Yanvar 2021 2021/01/esir-1611983304_1611987551.jpg


Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri nəticəsində 55 Ermənistan vətəndaşı və 15 Azərbaycan vətəndaşı evlərinə qaytarılıb.

Bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin rəis müavini polkovnik Dmitri Perepelkin deyib.
O bildirib ki, komandanlığın səyləri sayəsində bir neçə gün əvvəl Azərbaycanla Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub.

“1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi. Ümumilikdə 55-dən çox Ermənistan vətəndaşı və 15 azərbaycanlı geri qaytarılıb”,- deyə Perepelkin əlavə edib. / Azvision

Femida.az

Açar sözlər:

Oxunub: 706