FHN itkin düşən qadını kanalda axtarır


11:46     30 Yanvar 2021 water_kanal_020512.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 505