İki hərbçinin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
12:59 30 Yanvar 2021
Yanvarın 28-də Kəlbəcər rayonu ərazisində, "Ömər aşırımı" adlanan yerdən keçən yolda hərəkətdə olan "Ural" markalı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mustafayev Ramiz Bağman oğlu və Qaragözov Alıxan Əkbər oğlu həlak olublar.
Femida.az-ın verdiyi xəbərə görə, Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib ki, məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib:
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Femida.az
Oxunub: 595
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM