Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır
16:09 30 Yanvar 2021
Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Fərman imzalayıb.
Femida.az xəbər verir ki, Fərmana əsasən Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.
“Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.
Fərmana əsasən Prezident Administrasiyası “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin fəaliyyətini təmin edəcək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən edəcək və qiymətləndirməni aparacaq, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib