Bağçalar fevralın 15-ə qədər açıla bilər


16:35     30 Yanvar 2021 bagca4.jpg

Bağçaların fevralın 15-ə qədər açılmasına ümid edirik. Lakin bu istək məsələsi deyil.


Femida.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bağçaların birinci mərhələdə açılmamasının səbəbi qərar veriləndə yoluxma sayının yüksək olması ilə əlaqədardır: “Hazırda yoluxma sayında azalma var və növbəti iş həftəsində bu barədə qərar verilə bilər”.

Femida.az

Açar sözlər:

Oxunub: 739