Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşüb
09:11 31 Yanvar 2021
Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri Moskvada üçtərəfli görüş keçirib.
Femida.az xəbər verir ki, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.
Görüşdə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.
Bundan əlavə, Qarabağ üzrə işçi qrupunun iclasında dəmir yolu, avtomobil və daşınmalarla bağlı, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsinə dair razılıq əldə olunub.
Baş nazir müavinləri ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa qərar veriblər.
Femida.az
Oxunub: 574
Oxşar xəbərlər
- Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib
- Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
- Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
- Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir
- Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər
- Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir
- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb
- Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir