Moskvada təhlükəsizlik tədbirləri gücləndirildi


12:03     31 Yanvar 2021 Kreml-Moskau-marked.jpg

Moskva polisi sosial şəbəkələrdəki mitinq çağırışları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Femida.az "TASS-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında bir sıra küçələrə giriş bağlanıb.

Səfirliklərin binaları qarşısına və əsas yol qovşaqlarına gücləndirilmiş polis dəstələri yerləşdirilib. Mərkəzi metro stansiyaları da mühafizə olunur. Stansiyaların yaxınlığına xüsusi texnika və avtobuslar gətirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün paytaxtın mərkəzində icazəsiz aksiyanın qarşısının alınması məqsədilə piyadaların hərəkətinə məhdudiyyətlər qoyulub. Eyni zamanda 7 metro stansiyasına giriş-çıxış dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 544