Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatdı


20:47     31 Yanvar 2021 21_01_31_1612111727.jpg

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapılıb.

Bu barədə Femida.az “News.am”a istinadən xəbər verir.

Məlumata görə, o, ikinci Qarabağ müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 345 nəfərə çatıb.

Bu gün Qarabağda digər itkinlərin axtarışı aparılmayıb. Qeyd edək ki, ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.

Daha əvvəl bildirilirdi ki, Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Açar sözlər:

Oxunub: 578