Azərbaycanda restoran, kafe və çay evləri açıldı
09:00 01 Fevral 2021
Bu gündən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri müştərilərə yerində xidmətlə fəaliyyətə başlayır.
Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərara əsasən, fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
Femida.az
Oxunub: 704
Oxşar xəbərlər
- Bakıda 19 yaşlı gənc kafedə bıçaqlanıb
- Bərdədə kafenin sahibi həbs edilib
- Bakıda "26-lar" kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib
- BDU-nun sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə hökm oxunub
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Bakıda kafedə qətl törədən şəxs məhkəmədə ifadə verib
- Bakıda kafedə qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
- Xaçmazda kafedə qadın kişini bıçaqlayıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- COVID pasportsuz şəxslərə xidmət göstərən kafe sahibi cərimələndi