Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı
10:35 01 Fevral 2021
Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.
Femida.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir.
Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda Füzuli və Cəbrayıl Poçt filialları tərəfindən işğaldan azad olunan həmin istiqamətlərdəki ərazilər üzrə hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Hadrutda 5 ədəd modul tipli poçt şöbəsinin açılması üzrə işlər görülür. Gələcəkdə bütün bölgələr üzrə tələbata uyğun xüsusi poçt rabitəsinin və poçt xidmətlərinin təşkili üçün yeni poçt marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə işğaldan öncə 295 poçt şöbəsi fəaliyyət göstərib.
Femida.az
Oxunub: 643
Oxşar xəbərlər
- Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib
- Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- "Zəfər yolu dediyimiz tarixi yol, Hadrut meşələrindən keçirdi”- İlham Əliyev
- "Hadrutda kütləvi səfalət hökm sürüb"- Prezident
- İlham Əliyev: "Ermənilər hesab edirdilər ki, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz"
- Prezident: "Ermənilər Hadruta İrandan XIX əsrdə köçürülüblər"
- "Hadrutu az itkilərlə götürmək əzmində idik və buna da nail olduq"- Dövlət başçısı
- Prezident: "Hadrut əməliyyatı ilə bir daha gücümüzü Ermənistana və dünyaya göstərdik"
- İlham Əliyev: "Hadrutun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı"