Bu gün ümumilikdə 742 min uşaq üçün tədris başlayıb


10:40     01 Fevral 2021 21_02_01_1612161640.jpg


Bu gündən ibtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.

Bu isə ümumilikdə 742 min uşağın tədrisə başlaması deməkdir.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə başlayıb. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 505