Bu xanım Konstitusiya Məhkəməsinin hakimi təyin olundu


12:45     01 Fevral 2021 21_02_01_1612169756.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.

Femida.az-ın xəbərinə görə, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı parlamentin bu gün keçirilən iclasında and içib.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.



Femida.az

Açar sözlər: #hakim   #hüquq   #məhkəmə   #xanım  

Oxunub: 1674