Daxili Qoşunların kapitanının intiharı ilə bağlı cinayət işi başlanıldı
12:58 01 Fevral 2021
30 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Femida.az
Oxunub: 699
Oxşar xəbərlər
- Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SİYAHI
- Daxili Qoşunlar qış mövsümünə hazırlaşır
- Daxili işlər naziri rəis müavini təyin etdi
- Daxili Qoşunların komandanlığı Fəxri xiyaban və Şəhidlər xiyabanında olub
- Daxili İşlər Nazirliyi işçi axtarır
- Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan daha bir əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri
- Daxili Qoşunların Şuşa döyüşlərində şəhid olan əsgəri