“YAŞAT”a toplanan vəsait 28 milyon manatı ötüb


22:33     01 Fevral 2021 2021/01/yasat_1610198861.png

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 28 milyon manatı ötüb.

Femida.az xəbər verir ki, Fonda toplanan vəsait 28 047 364.62 manatdır. Həmin vəsaitdən 16 434 136.55 manatı fiziki şəxslər, 11 613 228.07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 2 403 868.12 manatı xərclənib. Vəsaitin qalığı isə 25 643 496.5 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 530


Oxşar xəbərlər