DİN 4 rayonda əməliyyat keçirib, qanunsuz silah-sursat götürülüb


13:20     02 Fevral 2021 21_02_02_1612257663.jpg

Polis əməkdaşları tərəfindən 4 rayonda keçirilən əməliyyatlarla odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Kəpəz Rayon polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Bundan başqa, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə kənd sakinləri T.Gözəlov və Q.Gözəlov saxlanılıb. Onlardan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd çöl quşu götürülüb.

Beyləqan rayonunun Şəfəq qəsəbə sakini N.Cabbarlıdan və İsmayıllı rayonunun Mücühəftəran kənd sakini E.Piriyevdən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Açar sözlər:

Oxunub: 639