Gəncədə qardaşı arvadını öldürüb, gəlininə və nəvələrinə xəsarət yetirən şəxsin məhkəməsi başlayır


14:12     02 Fevral 2021 21_02_02_1612260022.jpg

Gəncədə qətl törətməkdə təqsirləndirilən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü M. Quliyev ailə münaqişəsi zəminində qardaşı arvadını, gəlinini və nəvələrini bıçaqlayıb.

Nəticədə qardaşı arvadı, 1967-ci il təvəllüdlü Ofeliya Quliyeva ölüb, 1984-cü il təvəllüdlü Günay Quliyeva , 2006-cı il təvəllüdlü Malik Quliyev və 2002-ci il təvəllüdlü Sevinc Quliyeva xəsarət alıb.

Açar sözlər:

Oxunub: 681