Bakıda ictimai iaşə dövriyyəsi 60% azalıb


17:50     02 Fevral 2021 2019/05/iase_1559130198.jpg

2020-ci ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsinin dəyəri 2019-cu illə müqayisədə 59,4% azalaraq 476,2 milyon manat olub.

Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 45% azalaraq 266,9 milyon manat olub.

Açar sözlər:

Oxunub: 485