Füzulidə 3 nəfər minaya düşüb


18:00     02 Fevral 2021 minaa.jpg

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 601