Arzu Rəhimova general-polkovnik rütbəsi verildi - SƏRƏNCAM


20:34     02 Fevral 2021 arzu%20rehimov%201.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-polkovnik ali hərbi rütbəsi

general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Azad Hüseyn oğlu Əliyevə

polkovnik Natiq Sahib oğlu Qarayevə.

Qeyd edək ki, Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir.

Femida.az

Açar sözlər:

Oxunub: 724