Koronavirusa yoluxan şagirdlərin sayı açıqlandı


21:23     02 Fevral 2021 2021/02/120063100_2207774662701929_4775309917911713548_o_870_1612286659.jpg

Təhsil Nazirliyi ötən sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı məlumat yayıb.

Femida.az Nazirliyə istinadən xəbər verir ki, 1 fevral 2021-ci il tarixinə olan statistikaya əsasən, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 5 nəfərdir.

Eyni zamanda, virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 680