Kommersiya və inzibati məhkəmələr 18 mindən çox işə baxıblar


12:46     03 Fevral 2021 2020/08/mehkeme_esas_1597837766.jpg

Kommersiya və inzibati məhkəmələr 18 mindən çox işə baxıblar.

Femida.az xəbər veri ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib:

"İnzibati və kommersiya məhkəmələri müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəyə malik hakimlər hesabına formalaşdırılıb, onların qarşıda duran gözləntiləri həll edə bilmələri üçün deyərdim ki, kifayət qədər əsaslı qanunvericilik platforması yaradılıb. Onlar normal fəaliyyət göstərərək pandemiya məhdudiyyətlərini də gözləməklə artıq 18 mindən çox işə baxıblar".

Azər Cəfərov qeyd edib ki, sözügedən məhkəmələrin uğurlu, başqa sözlə, müstəqil, qərəssiz, ədalətli fəaliyyət göstərmələri üçün xeyli işlər görülmüş, zəmin yaradılıb.

Qeyd edək ki, Azərbaycanda Kommersiya və İnzibati məhkəmələr Prezident İlham Əliyevin 2019-cu il 9 iyul tarixli Sərəncamı ilə yaradılıb. Bu məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #kommersiya   #inzibati   #ədliyyə   #hüquq  

Oxunub: 1987