Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana 10 minaaxtaran it hədiyyə edib
15:29 03 Fevral 2021
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 3-29 yanvar 2021-ci il tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.
Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib. FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- Türkiyənin 2 hərbçisi şəhid olub
- Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib
- Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
- Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub
- Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
- Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək
- Türkiyənin məşhur şairi vəfat edib
- Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib
- Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
- Türkiyənin Mehteran Birliyinin nümayəndələri Azərbaycana gəlib