Firmalar mağazalara ərzaq satışını dayandırdı - ŞOK


18:04     22 Dekabr 2015 1femida8.JPG



Dünəndən etibarən dolların kursunun artması ölkədə ciddi rezonansa səbəb olub. Femida.az xəbər verir ki, xəbər yayıldıqdan sonra ərzaq mağazalarında alıcı izdihamı müşahidə olunmağa başladı.


Hətta, iri super marketlərdə uzun növbələr də, görmək mümkün idi. Maraqlı məqam isə, bu günlərdə mağazaları ərzaq və digər mallarla təmin edən firmaların satışı dayandırması olub. Bu da, əhali arasında narahatlığa səbəb olub. Müşahidə apardığımız bir sıra mağazaların işçilərinin sözlərinə görə, artıq iki gündür ki, onlara ərzağın verilməsi dayandırılıb. Onlar, bunu dolların kursunun qalxması ilə izah etməyə çalışıblar.





Femida.az məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1664


Oxşar xəbərlər