“Azərpoçt”un baş direktor müavini işdən çıxıb


17:12     03 Fevral 2021 azerpoct.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev işdən çıxıb.


Femida.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, E.Verdiyev “Azərpoçt”da 6 ildir ki, işləyir. O, 2015-2020-ci illərdə şirkətin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi işləyib, ötən il martın 3-dən isə baş direktorun müavini vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 679