Generallar Samur sərhəd məntəqəsində


18:29     22 Dekabr 2015 20151222_01.JPG

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən Samur dövlət sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitə­lərinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.


Femida.az xəbər verir ki, yoxlama zamanı dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə keçirilmiş xidməti müşa­virədə Samur dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komi­tə­sinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələlərinə baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 904