Radikal təriqətçilərə qarşı əməliyyat - Zaqatalada


18:43     22 Dekabr 2015 eyery_700x390.jpg

Zaqatalalda qadağan olunmuş dini təriqətlərdən birini təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 21-də Zaqatala RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.

Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audio kasset aşkar edilərək götürülüb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1375