Vəkillər Kollegiyasının 9 üzvü hakim təyin edildi - SİYAHI


13:59     04 Fevral 2021 2020/08/mehkeme_esas_1596800956.jpg

Ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzaladı.

Femida.az xəbər verir ki, sərəncamla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə bir sıra namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edildilər.

Sevindirici haldır ki, yeni təyin olunmuş 44 nəfər hakimlərdən aşağıda adı göstərilən 9 nəfəri Vəkillər Kollegiyasının üzvləri olub:

Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə

Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə

Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə​​​

Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə

Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə

Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə
​​​​​​​
Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə
​​​​​​​
Bakı şəhəri 19 saylı Vəkil Bürosu vəkili Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə.

Qeyd edək ki, bununla da hakim korpusunda keçmiş vəkillərin sayı 90 çatıb.

Femida.az

Açar sözlər: #vəkil   #hakim   #kollegiya   #qanun  

Oxunub: 4322