100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib


17:12     04 Fevral 2021 21_02_04_1612442985.jpg

Bu il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan 100-dən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib.


Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, bu tarix ərzində 80-ə yaxın avtobus sürücüsü barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Açar sözlər:

Oxunub: 737