Prezidentin xüsusi nümayəndəlikləri yaradılır - FƏRMAN


20:32     04 Fevral 2021 2021/02/prezident_esasla_1612457436.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyənləşib.

- Müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;

- Müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;

- Müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;

- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Femida.az

Açar sözlər: #prezident   #xüsusinümayəndə   #vəzifə  

Oxunub: 628