Daxili Qoşunların Kəlbəcər istiqamətində şəhid olan 24 yaşlı əsgəri


10:36     05 Fevral 2021 21_02_05_1612509379.jpg


Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Bağırov Elnur Zeynal oğludur.

Femida.az xəbər verir ki, 24 yaşlı E.Bağırov ötən ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, E.Bağırov “Vətən uğrunda” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə təltif olunub.

Dövlət başçısının ötən ilin dekabrın 29-da imzaladığı digər sərəncama əsasən şəhid əsgər “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. E.Bağırov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Qeyd edək ki, E.Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 780