Gədəbəydə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
11:04 05 Fevral 2021
Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs cari il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2 000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.
DİN-dən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar aparılır.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var
- Gədəbəydə avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb
- Gədəbəydə 59 yaşlı kişi bıçaqlanaraq öldürülüb
- Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb
- Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb
- Gədəbəydə buzlu yol avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var
- Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır
- Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb
- Gədəbəydə yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
- Gədəbəydə toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundular