Baş Prokurorluqdan vətəndaşlara xəbərdarlıq


12:49     05 Fevral 2021 2021/02/16125-3225028914_1612515002.jpg


Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a daxil olan müraciətdə əhalinin diqqətinə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə həmin ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb.

İnsanların işğaldan azad olunan ərazilərə polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər həyatınız üçün təhlükəli ola bilər.

“Təhlükəsiz səfər imkanları yaradılana qədər səbirli olaq! İşğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən imtina edək!”, - deyə Baş Prokurorluğun müraciətində vurğulanıb.


Femida.az

Açar sözlər:

Oxunub: 456