Təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək
14:15 05 Fevral 2021
Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Femida.az xəbər verir ki, qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.
Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.
"Təhsil haqqında” qanunda edilən dəyişiklik terminlərin (təhsil haqqında dövlət sənədi) dəqiqləşdirilməsi, habelə təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Bu məqsədlə təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzlşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılacaq.
Femida.az
Oxunub: 449
Oxşar xəbərlər
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
- Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb
- Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
- Təhsil müəssisələri bağlana bilər? - Nazir danışır