Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür


09:48     06 Fevral 2021 2021/02/dc802-1612588978_1612590561.jpg

Bu gün Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür.


Femida.az-ın məlumatına görə, Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Babək rayonu Qaraxanbəyli kəndində anadan olub. O, 1990-cı ildən yerli özünümüdafiə batalyonunun tərkibində Naxçıvanın cəbhəboyu kəndlərinin müdafiəsində sücaətlə vuruşub, cəsurluğu ilə ad qazanıb.

1992-ci il iyunun 14-də Yuxarı Buzqov kəndi yaxınlığında döyüşdə son gülləsinə qədər vuruşub, döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub. Həmin il dekabrın 18-də Milli Qəhrəman adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbi onun adını daşıyır.

Açar sözlər:

Oxunub: 639