Birgə Mərkəz atəşkəs pozuntusu qeydə almayıb


11:10     06 Fevral 2021 2021/02/monit-1612593698_1612595640.jpg

Rusiya və Türkiyə hərbçiləri tərəfindən birgə monitorinq zamanı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.

Femida.az xəbər verir ki, bu barədə Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndəsi, rusiyalı polkovnik Mixail Zavalkin bildirib.
Onun sözlərinə görə, vəziyyətin monitorinqi pilotsuz uçuş aparatları, xüsusilə “Forpost” və “Orlan-10” PUA komplekslərindən istifadə edilməklə gecə-gündüz həyata keçirilir. İndiyədək atəşkəs pozuntuları qeydə alınmayıb.

Rusiyalı zabit vurğulayıb ki, pilotsuz uçan aparatlardan idarəetmə mərkəzinə davamlı olaraq görüntülər daxil olur, burada bütün hərbi texnikanın, personalın hərəkəti təhlil olunur.

Həmçinin vurğulanıb ki, Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir, yoxlayır və tərəflərin razılaşmaları yerinə yetirməməsi ilə bağlı şikayətlərinə baxılır.

Femida.az

Açar sözlər:

Oxunub: 509