Ərdoğan azərbaycanlı alimə vəzifə verdi


11:15     06 Fevral 2021 2021/02/aygun-1612592369-(1)_1612595892.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı alim Aygün Attarı Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edib.

Femida.az xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Azərbaycanda anadan olmuş A.Attar daha sonra fəaliyyətini Türkiyədə davam etdirib. O, 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. 2019-cu ildən Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəridir.

Femida.az

Açar sözlər:

Oxunub: 468