Oğuzda qanunsuz ov edənlər saxlanılıb


13:20     06 Fevral 2021 21_02_06_1612603001.jpg

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

Açar sözlər:

Oxunub: 560