Diplomatik korpusun nümayəndələri Cəbrayıl rayonundadırlar


14:19     06 Fevral 2021 21_02_06_1612606144.jpg

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl rayonundadırlar.

APA-nın xəbərinə görə, onlar burada ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa baş çəkiblər.

Dünyada tanınmış rəssam Reza Deqqəti bildirib ki, o, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: “Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskavatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”.

Açar sözlər:

Oxunub: 580