Myanmada hökumət üzvünün avtomobil karvanına hücum


14:33     06 Fevral 2021 2021/02/353303_res_01_1612606476.jpg

Myanmanın şərqində Kokang muxtar zonasının keçmiş hökumət üzvlərindən birinin avtomobil karvanına hücum olub, nəticədə azı 12 nəfər ölüb.

Bu barədə “Sinxua” agentliyi Myanma ordusunun baş komandanının açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Myanma Milli Demokratik İttifaq Ordusundan olan 20 nəfərlik üsyançı qrup, Kokang mərkəzi icraiyyə komitəsinin keçmiş üzvü Khin Maun Luinin karvanına hücum edib.

Nəticədə doqquz mülki şəxs və üç polis əməkdaşı ölüb, 13 nəfər yaralanıb.

Məlumatda o da bildirilib ki, Myanma Silahlı Qüvvələri ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplara qarşı keçirdiyi hərbi əməliyyatların dayandırılması müddətini fevralın 28-dək uzadıb

Açar sözlər:

Oxunub: 537