İran parlamentinin sədri Rusiyaya gedir


16:17     06 Fevral 2021 21_02_06_1612613874.jpg

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf fevralın 7-də üçgünlüyə Rusiyaya rəsmi səfər edəcək.

Femida.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamenti İqtisadiyyat komissiyasının üzvü Müctəba Tavangar bildirib.

Onun sözlərinə görə, M.Qalibaf səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşəcək.

M.Tavangar qeyd edib k, bu ilin mayında Rusiyanın Soçi şəhərində Rusiya, İran, Əfqanıstan, Türkiyə və Çin parlamentləri sədrlərinin “Terrorçuluğa qarşı mübarizə” mövzusunda toplantısı keçiriləcək.

Açar sözlər:

Oxunub: 491