Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO


18:18     06 Fevral 2021 2021/02/16126-1612618233_1612620591.jpg


Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunda İranla sərhəddə yerləşən Xudafərin körpüsünə baş çəkiblər.

Femida.az-ın məlumatına görə, diplomatik korpus nümayəndələri əvvəlcə Cəbrayılda qəbiristanlığa və ermənilər tərəfindən dağıdılmış digər ərazilərə baxıblar.

Qeyd edək ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət edirlər.



Femida.az

Açar sözlər:

Oxunub: 574