Administrasiya rəsmisi gənclər siyasətindən danışdı


20:41     22 Dekabr 2015 tahir%20s.jpg

“Gənclərlə bağlı proqramların qəbul edilməsi və icrasında aidiyyatı qurumlar birgə fəaliyyət göstərirlər”.


Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov jurnalistlərlə görüşündə deyib.

Administrasiya rəsmisi bildirib ki, bütün məsələlərdə olduğu kimi gənclər siyasətində də Gənclər və İdman Nazirliyi bu məsələdə bir ilkə imza atıb:

“2011-ci ildə cənab prezidentin birbaşa dəstəyi ilə gənclərlə bağlı dövlət proqramını işləyib hazırladıq. Bu proqramın hazırlanmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının və Gənclər və İdman Nazirliyinin böyük rolu oldu. Ötən il Milli Məclis ictimai iştirakçılar haqqında qanun qəbul etdi. Bu qanunun əsas məqsədi dövlət orqanları tərəfindən qanunların hazırlanması və tətbiqi prosesinə qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyəti instutlarını cəlb etmək idi. Qanuna uyğun olaraq İctimai Şuranın yaradılmasına başlanıldı. Bütün məsələlərdə olduğu kimi bu məsələdə də Gənclər və İdman Nazirliyi bu məsələdə bir ilkə imza atıb. Gənclərlə bağlı proqramların qəbul edilməsi və icasında aidiyyatı qurumlar birgə fəaliyyət göstərirlər”.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 919