Somalidə partlayış törədilib - 14 nəfər ölüb


21:00     07 Fevral 2021 2021/02/somali23_1612717645.jpg

Somalidə yolda basdırılan minanın partlaması nəticəsində regional kəşfiyyat şöbəsinin rəhbəri daxil olmaqla azı 14 nəfər həyatını itirib.


Femida.az-ın məlumatına görə, bu barədə “Radio Dalsan” xəbər yayıb.

Hadisə Dusamareb şəhərindən təxminən 30 kilometr aralıda baş verib. Ölən Əbdürəşid Abdinurun Qalmuduq ərazisindəki kəşfiyyat şöbəsinin müdiri olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 533